Biləsuvarda 600 abonentin qazı kəsiləcək


  • 17:46

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

E-huquq.az xəbər verir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Oxşar xəbərlər