İmtahandan keçən taksi sürücüləri şəhadətnamələrini sabahdan etibarən ala bilərlər


  • 13:29

Bu il martın 18-də keçirilən test imtahanında müvəffəqiyyət qazanmış taksi sürücülərinin şəhadətnamələrinin verilməsinə başlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata görə, taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş imtahanda uğur qazanmış şəxslər şəhadətnamələrini aprelin 20-dən etibarən əldə edə bilərlər. Namizədlər şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə sənədlərini DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürməlidirlər.

Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciət ərizəsinə şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Oxşar xəbərlər