- 13:20
Azərbaycan Mərkəzi Bankı (AMB) "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "AtaSığorta" ASC-yə verdiyi 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziyanı ləğv edib.
Bu barədə e-huquq.az-a AMB-dən bildirilib.
Məlumata görə, Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır. Ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.