Parlament icra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişikliyi qəbul etdi


  • 13:33

Milli Məclis icra məmurlarının hüquqlarına dəyişiklikləri qəbul edib.

E-huquq.az xəbər verir ki, "Dövlət icra məmurları haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, qüvvədə olan qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

Oxşar xəbərlər