Mina təmizləmə prosesində xəsarət alan şəxslərə müharibə veteranı adı verilə bilər


  • 13:46

"Mina təmizləmə prosesində xəsarət alan şəxslərə müharibə veteranı adı verilə bilər".

E-huquq.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında bildirib.

Deputat qeyd edib ki, Qarabağda bu gün də ermənilər tərəfdən basdırılan minaların partlaması nəticəsində dinc sakinlər və mina təmizləyənlər xəsarət alır, həlak olur.

S.Novruzov bildirib ki, mina təmizləmə prosesi zamanı xəsarət alan şəxslərə müharibə veteranı adı verilməsi mümkündür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər