Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək


  • 17:09

Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hüquqi şəxsə çevrilə bilmələri üçün 9 ay vaxt veriləcək.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, onlar həmin müddətdə eyestrdə qeydiyyat üçün müraciət etməlidirlər: "Təbii ki, bu zaman onlar hüquqi şəxs təsis etməlidirlər. Azərbaycanda bununla bağlı prosedur elə də çətin deyil, kifayət qədər asandır. Ümumiyyətlə qanunun qəbul olunması 6 ay ərzində nəzərdə tutulur və 9 aylıq zaman isə qanun qüvvəyə mindikdən sonra həmin müddətin üzərinə gəlmiş olacaq".

Oxşar xəbərlər