- 16:21
Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sabah ödənilməsi nəzərdə tutulub.
E-huquq.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.