Bahar Muradova: "Azərbaycan şəhərsalma sahəsində innovativ yanaşmalar tətbiq edir"


  • 15:44

İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri Azərbaycan standartlarına uyğun olaraq uğurla davam etdirilir.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Memarlıq və Şəhərsalma İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, bu çərçivədə tətbiq olunan "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları ölkəmizin bu sahədə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

B.Muradova, həmçinin, Azərbaycanın şəhərsalma sahəsində innovativ yanaşmalar tətbiq edərək yeni bir model ortaya qoyduğunu və beynəlxalq səviyyədə nümunə kimi tanındığını vurğulayıb.

"Beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif təşkilatlarla birlikdə regionda mövcud olmuş münaqişələrin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Vaxtında bu problemlərin həlli üçün ciddi səylər göstərilib və artıq onların aradan qaldırılması, regionda dayanıqlı sülhün və sabitliyin təmin edilməsi əsas prioritetlərdən birinə çevrilib. Bu yanaşma, həmçinin, regionda uzunmüddətli inkişafın və təhlükəsiz mühitin formalaşdırılmasına zəmin yaradır", - deyə komitə sədri qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər