- 17:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Memarlıq və Şəhərsalma İli" elan edilməsi dövlətimizin bu sahəyə verdiyi yüksək önəmi bir daha nümayiş etdirir.
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Memarlıq və Şəhərsalma İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransda deyib.
O bildirib ki, bu qərar yalnız milli memarlıq irsinin qorunması ilə kifayətlənmir, həmçinin müasir və innovativ yanaşmaların tətbiqi, dayanıqlı şəhər inkişafının təşviqi və Azərbaycanın beynəlxalq urbanistik gündəliyində mövqeyinin gücləndirilməsi məqsədini daşıyır.
"Xüsusilə, ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) bu sahədə strateji əhəmiyyət kəsb edir. Son illərin ictimai-siyasi və post-münaqişə reallıqları çərçivəsində şəhərsalma yalnız infrastruktur məsələsi kimi qalmamış, həm də milli inkişafın, sosial ədalətin və təhlükəsizliyin əsas alətlərindən birinə çevrilmişdir", - deyə B.Muradova qeyd edib.
Humay Eminqızı