Sədr müavini: "Qadın memarlarımızın bu layihələrdə iştirak etməsi qürurvericidir"


  • 16:13

"Ölkəmiz müstəqillik əldə etdikdən sonra və iqtisadi inkişaf dövrünə qədəm qoyduqdan sonra bərpa və quruculuq işlərində, eləcə də elmi araşdırmalarda əhəmiyyətli irəliləyişlər əldə edilib"

E-huquq.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov "Memarlıq və Şəhərsalma İli" çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransda çıxış edib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işlərində, eləcə də digər regionlarda inşaat proseslərində gənc qadın memarların iştirakı diqqətəlayiqdir.

İ.İsbatov, həmçinin vurğulayıb ki, layihə institutlarında və özəl layihə şirkətlərində hazırlanan memarlıq layihələrinin əksəriyyətində müəlliflər arasında gənc xanımların adları yer alır: "Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Türkiyə və Polşada təhsil almış qadın memarlarımızın vətənimizdə həyata keçirilən inşaat layihələrində iştirak etməsi, ölkəmiz üçün böyük qürur mənbəyidir".

Humay Eminqızı

Oxşar xəbərlər