"Qadınların şəhərsalma prosesində iştirakı keyfiyyətli infrastruktur üçün vacibdir'" - Bahar Muradova


  • 16:21

Memarlıq sahəsində gender balansı digər texniki sahələrlə müqayisədə daha müsbət olsa da, əmək bazarında hələ də müəyyən uyğunsuzluqlar mövcuddur.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Memarlıq və Şəhərsalma İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransda deyib.

O bildirib ki, qadınların daha çox interyer dizaynı kimi sahələrdə təmsil olunmasına baxmayaraq, irimiqyaslı tikinti və şəhərsalma layihələrində onların nisbətən az yer almaları, bu sahədə stereotiplərin və struktur baryerlərin hələ də mövcud olduğunu göstərir.

B.Muradova bu məsələnin yalnız statistik tərəfini deyil, həm də sosial ədalət, imkan bərabərliyi və davamlı inkişaf məsələsini ön plana çəkərək vurğulayıb ki, qadınların şəhər mühitinə baxışı fərqlidir: "Onların gündəlik həyat təcrübəsi şəhər planlaşdırılmasında təhlükəsizlik, işıqlandırma, ictimai nəqliyyatın əlçatanlığı və sosial infrastruktur kimi məsələlərə daha həssas yanaşmanı zəruri edir. Bu baxımdan, qadınların şəhərsalma prosesində iştirakı yalnız hüquq məsələsi deyil, həm də keyfiyyətli şəhər quruculuğunun vacib şərtidir".

Humay Eminqızı

Oxşar xəbərlər