Rüfət Atakişiyev: "Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə əhəmiyyətli dərəcədə artıb"


  • 16:33

Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə əhəmiyyətli dərəcədə artıb.

E-huquq.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev "Memarlıq və Şəhərsalma İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransda deyib.

O bildirib ki, son illərdə qadınlar kiçik bizneslər qurmağa başlayıb, xidmət sahələrində fəaliyyət göstərir, istehsal sektoruna daxil olur və yeni bazarlara çıxış əldə edirlər. Bu dinamik dəyişikliklər yerli iqtisadi aktivlik və ümumi biznes mühiti üzərində müsbət təsir göstərir.

Sədr müavini qeyd edib ki, qadın sahibkarların qarşılaşdığı əsas çətinliklər arasında biznes biliklərinin məhdudluğu, maliyyə resurslarına çıxış imkanlarının daralması və bazara çıxış məsələləri durur. Bununla yanaşı, son 2 ildə keçirilən yüzlərlə təlim və məsləhət xidmətləri vasitəsilə minlərlə qadın sahibkarlıq fəaliyyətinə cəlb olunub.

"Qrant mexanizmləri qadın sahibkarların fəaliyyətini dəstəkləyərək onların iqtisadi fəaliyyətlərini möhkəmləndirir. Son illərdə qrant layihələri çərçivəsində onlarla qadın sahibkar maliyyə dəstəyi əldə edib. Eyni zamanda, innovativ fəaliyyət göstərən qadınlara startap şəraiti yaradılaraq vergi yükü azaldılıb, bu da onların fəaliyyətlərini genişləndirməyə şərait yaradır. Qadın sahibkarların məhsullarının tanıdılması üçün sərgilərdə iştiraklarına dəstək göstərilir ki, bu da onların bazara çıxışı üçün əlavə imkanlar yaradır", - deyə R.Atakişiyev aləvə edib.

Humay Eminqızı

Oxşar xəbərlər