- 19:13
Azərbaycanda mikro və kiçik-orta sahibkarlıqda qadınların payı nisbətən çox olsa da, hazırda iri sahibkarlar arasında qadınlar yoxdur.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Memarlıq və Şəhərsalma İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransın "Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar" adlı panel müzakirəsində deyib.
O bildirib ki, mikro sahibkarların 25%-i qadın sahibkarlardır, fərdi sahibkarlarda bu rəqəm 18%-dir, orta sahibkarlarda təxminən 7%-ə yaxındır.
"Lakin iri sahibkarlar arasında qadın sahibkarlarımız yoxdur", - deyə deputta qeyd edib.
Humay Eminqızı