- 19:43
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı qərar Bakı Hərbi Məhkəməsi tərəfindən qəbul olunub.
Qaradağ rayon idarəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar Yusif oğlu və şöbənin zabiti Alıyev Şamil Məcid oğlu barəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 ve 311.3.3 maddələri ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cəbrayıl rayon şöbəsinin rəis müavini, səfərbərlik hazırlığı Səfərbərlik bölməsinin rəisi Mədətsoylu Niyam Etibar oğlu barəsində isə CM-nin 311.2 maddəsi ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıblar.