MSK-nın yeni tərkibi ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub


  • 12:05

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə sənəd parlamentin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ salınıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında qəbul edilən qərar əsasında formalaşdırılmışdı.

Oxşar xəbərlər