Türkiyə XİN: "Cənubi Qafqazda yaranan sülh düşmənçilik yaratmaq istəyənlərə güclü bir cavabıdır"


  • 22:06

Türkiyə Xarici İşlər Nazirliyi bəzi ölkələrin rəsmilərinin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına cavab verib.

E-huquq.az xəbər verir ki, nazirlik məsələ ilə bağlı yazılı açıqlama yayıb.

"Cənubi Qafqazda yaranan sülh və barışıq mühiti, bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışanlara güclü bir cavabıdır. 1915-ci il hadisələri ilə bağlı müzakirələrdə məsələnin siyasi istismar mövzusuna çevrilməsi yolverilməzdir. Üçüncü ölkələrdən olan bəzi siyasətçilər məsələdən öz dar siyasi mənfəətləri üçün istifadə etməyə və ya öz məsuliyyətlərini ört-basdır etməyə çalışırlar" - bəyanatda qeyd olunur.

Türkiyə XİN bildirir ki, əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclü nümunələrini özündə cəmləşdirən Türkiyə arxivlərini açıb və 1915-ci il hadisələrini ədalətli, elmi əsaslarla araşdırmaq üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif edib: "Biz konstruktiv niyyətli üçüncü tərəfləri son zamanlar formalaşmış konstruktiv dialoq atmosferinə nail olmaq səylərini dəstəkləməyə dəvət edirik".

Oxşar xəbərlər