Zahid Oruc: "MSK-nın yenidən formalaşması mühüm siyasi-hüquqi hadisədir"


  • 11:13

"Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşması mühüm siyasi-hüquqi hadisədir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsinə münasibət bildirərkən deyib.

"1995-ci ildə Konstitusiyanın qəbulu ilə xaosdan hüquqi dövlətə keçid etdik. Təəssüf ki, müstəqilliyin ilk illərində bəzi siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi dövlət institutlarını iflic etmişdi. 2003-cü ildən sonra aparılan islahatlar seçki sistemini gücləndirdi və Azərbaycan instituisonal böhranların qarşısını aldı. Prezident İlham Əliyevin seçkilərdəki qələbəsi ölkənin inkişafı və ərazi bütövlüyünün bərpası baxımından ən düzgün yol oldu. Onun seçkilərdəki qələbəsi Qarabağı bizə geri qaytardı. Azad edilmiş torpaqlarda seçkilərin təşkili və Prezidentin şəxsən Xankəndidə səs verməsi separatizmə və iki parlamentli rejim ideyasına son qoyulduğunu nümayiş etdirdi", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər