- 13:29
"Müstəqilliyimizin bərpasından sonra seçki sisteminin formalaşması sahəsində də mühüm addımlar atılıb".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı parlamentin bugünkü plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi zərurəti yaranmışdı: "Azərbaycanda indiyədək 24 seçki keçirilib. Bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilər də öz qeydlərini təqdim ediblər. Əlbəttə, bəzi qərəzli rəylər də mövcuddur, lakin bunlara əhəmiyyət verə bilmərik. Xalq ardıcıl olaraq seçkilərdə iqtidarı dəstəkləyir. Müxtəlif ölkələrdə seçki sistemləri fərqli olsa da, Azərbaycanda seçki sistemi Seçki Məcəlləsi ilə müəyyən olunur ki, bu da ədalətli prinsipə əsaslanır".
Şəbnəm Mehdizadə