- 10:52
Sumqayıt şəhərində 25 min abonentin su təchizatında fasilə yaranacaq.
Bu barədə e-huquq.az-a Sumqayıt Sukanal idarəsindən məlumat verilib.
Qeyd olunub ki, şəhərdə magistral su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb.
Görülən işlərlə əlaqədar bu gün saat 10:30-dan etibarən, şəhərin bəzi ərazilərində, o cümlədən "Qızılqum" yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsində təqribən 25 min abonentin su təchizatında fasilə olacaq.
Suyun verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.