1-ci sinfə qəbul prosesi bu tarixdə başlayacaq


  • 13:01

Şagirdlərin birinci sinfə qəbuluna may ayının əvvəlindən start veriləcək.

E-huquq.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, qeydiyyat 1-6 may tarixində aparılacaq.

“70-80 yaxın müəssisədə prioritet qəbul həyata keçiriləcək. İlk növbədə həmin ərazidə yaşayan şəxslər üçün qeydiyyat açıq elan ediləcək, daha sonra isə digər şəxslər qeydiyyatdan keçə biləcəklər”, - Eşqi Bağırov vurğulayıb.

Oxşar xəbərlər