Bakıda bəzi küçə və yollarda hərəkət məhdudlaşdırılacaq


  • 21:07

Paytaxtda həftəsonu aparılacaq təmir işləri ilə əlaqədar bir sıra küçə və yollarda hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Məhdudiyyət tətbiq olunacaq ərazilər:

- Səməd Vurğun küçəsi (A.A.Bakıxanov – M.Mirqasımov küçələri arası)

- Rəşid Behbudov küçəsi (S.Rəhimov – S.Zeynalov küçələri arası)

- Vaqif prospekti (C.Hacıbəyli – Səməd Vurğun küçələri arası)

01 may saat 23:00-dan 04 may saat 07:00-dək – aparılan işlərdən asılı olaraq hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.

Bundan əlavə, Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti üzrə):

- 01–03 may tarixlərində hər gün saat 07:00–23:00 arası qismən məhdudiyyət tətbiq ediləcək;
- 01–04 may tarixlərində isə hər gecə saat 23:00–07:00 arası hərəkət tam məhdudlaşdırılacaq.

Tam məhdudiyyət tətbiq olunan müddətdə nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təşkil olunacaq.

Oxşar xəbərlər