- 12:46
Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar pislənib.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bugünkü iclasında çıxış edib.
O bildirib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) üzvü deyil və bu təşkilat qarşısında öhdəlik götürməyib: "Qarşılıqlı hörmət əsasında əməkdaşlığa hazırıq. Amma bu formada yox".
Şəbnəm Mehdizadə