"Bu halda Aliment fondunun vəsaitinin çoxu xaricdə doğulan uşaqların saxlanmasına yönələcək"


  • 12:35

"Bu Konvensiyaya qoşulmaq insan hüquqlarına diqqəti göstərir, amma eyni zamanda ölkəmizin vəsaitlərinin sərf olunmasına da diqqət yetirilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunun layihəsinin müzakirəsi zamanı deyib.

"Bir çox azərbaycanlı vətəndaşlar Rusiya, Ukrayna və Belarusda evlənib, orada uşaq dünyaya gətiriblər. Bir neçə il sonra onlar vətənə qayıdıblar. İndi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün alimnet ödənilməsi tələb olunur. Bizdə Aliment fondu yaradılması məsələsi gündəmdədir. Bu halda fondun vəsaitinin böyük əksəriyyəti xaricdə doğulan uşaqların saxlanmasına yönələcək. Konvensiyaya qoşulmaq insan hüquqlarına diqqəti göstərir, amma eyni zamanda ölkəmizin vəsaitlərinin sərf olunmasına da diqqət yetirilməlidir," - deyə deputat bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər