- 13:54
Milli Məclis Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişiklikləri ratifikasiya gedib.
E-huquq.az xəbər verir ki, bununla bağlı "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiqi və "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiqi haqqında iki qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol" adı çəkilən Konvensiyanın iştirakçı dövlətlərində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasına dair məhkəmə əmrlərinin tanınmasını təşviq etmək məqsədilə imzalanıb.
Konvensiyaya edilən dəyişikliklər aşağıdakılardır:
1. 6-cı maddəyə "mülki işlər üzrə məhkəmə qərarları, sözlərindən sonra "yetkinlik yaşına çatmayan uşaqlara görə (məhkəmə əmri haqqında qərarlar) alimentin tutulmasına dair məhkəmə əmri (bundan sonra məhkəmə əmrləri)," sözləri əlavə edilib,
2. 51-ci maddənin "a" yarımbəndinə "(bundan sonra qərarlar)" sözlərindən sonra, məhkəmə əmrləri" sözləri əlavə edilib;
3. 53-cü maddə yeni redaksiyada verilib;
4. 55-ci maddənin "b" yarımbəndinə "məhkəmə əmri çıxarıldığı halda borcluya məhkəmə əmrinin (onun surətinin) həmin məhkəmə əmrinin çıxarıldığı Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq təqdim edilmədiyi və ya göndərilmədiyi halda;" məzmununda yeni abzas əlavə edilib.
Vurğulanıb ki, Protokol Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və İqtisadi Şuranın İş Qaydalarının 7-ci Qaydasının 9-cu bəndi ilə müəyyən edilmiş qaydada imzalanıb.
Layihədəki qeydə əsasən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın 120-ci maddəsinə əsasən, eyni adlı 1993-cü il 22 yanvar tarixli Konvensiya və ona əlavə edilmiş 1997-ci il 28 mart tarixli Protokol bu Konvensiyanın iştirakçısı olan dövlətlər arasında öz qüvvəsini itirir. Lakin 2002-ci il Konvensiyasının qüvvəyə minmədiyi iştirakçı dövlətlərlə münasibətlərdə 1993-cü il Konvensiyası və ona edilmiş Protokolun tətbiqi davam edir.
Digər qanun layihəsinə gəldikdə isə vurğulanıb ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol" adı çəkilən Konvensiyanın iştirakçı dövlətlərində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasına dair məhkəmə əmrlərinin tanınmasını təşviq etmək məqsədilə imzalanıb.
Konvensiyaya edilən dəyişikliklər aşağıdakılardır:
1. 6-cı maddənin birinci abzasına "mülki işlər üzrə məhkəmə qərarları" sözlərindən sonra, yetkinlik yaşına çatmayan uşaqlara görə (məhkəmə əmrləri ilə bağlı qərarlar) alimentin tutulmasına dair məhkəmə əmri (bundan sonra məhkəmə əmrləri)" sözləri əlavə edilib;
2. 54-cü maddənin "a" yarımbəndinə "(bundan sonra qərarlar)" sözlərindən sonra ", məhkəmə əmrləri" sözləri əlavə edilib;
3. 56-cı maddə yeni redaksiyada verilib;
4. 59-cu maddənin "b" yarımbəndinə "məhkəmə əmri çıxarıldığı halda borcluya məhkəmə əmrinin (onun surətinin) həmin məhkəmə əmrinin çıxarıldığı Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq təqdim edilmədiyi və ya göndərilmədiyi hallarda;" məzmununda yəni abzas əlavə edilib.
Diqqətə çatdırılıb ki, Protokol Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və İqtisadi Şuranın İş Qaydalarının 7-ci Qaydasının 9-cu bəndi ilə müəyyən edilmiş qaydada imzalanıb.
Qanun layihəsindəki qeydə əsasən, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquçi münasibətlər haqqında" 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın 120-ci maddəsinə əsasən, eyni adlı 1993-cü il 22 yanvar tarixli Konvensiya və ona əlavə edilmiş 1997-ci il 28 mart tarixli Protokol bu Konvensiyanın iştirakçısı olan dövlətlər arasında öz qüvvəsini itirir. Lakin 2002-ci il Konvensiyasının qüvvəyə minmədiyi iştirakçı dövlətlərlə münasibətlərdə 1993-cü il Konvensiyası və ona edilmiş Protokolun tətbiqi davam edir.
Hər iki qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.