- 14:43
Qəbula gələn zaman şəxsiyyət vəsiqəsi olmayan şəxslərə güzəştlər tətbiq oluna bilər.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü iclasında "Vətəndaşların müraciətləri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat vurğulayıb ki, şəxsiyyət vəsiqəsini təsdiq edən digər sənədlərlə də vətəndaşların qəbula gəlməsi mümkündür.
"Bəzən kiminsə sənədini unutması və ya digər problemlər üzündən təqdim edə bilməməsi halları olur. Tələblərin bir qədər yumşaldılması ümumi işin xeyrinə olar", - deyə F.Mustafa qeyd edib.
Şəbnəm Mehdizadə