DİN: Məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb - FOTO


  • 18:40

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər