Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərildi


  • 11:17

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

E-huquq.az xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.

Oxşar xəbərlər