- 09:52
Keçən il bir məcburi əmək faktı müəyyən edilib, cinayət işi başlanılıb.
E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.
Qeyd edilib ki, bundan əlavə, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb və aparılmış prosessual araşdırmalarla zərərçəkmiş şəxsin Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olub.