Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etdi


  • 13:20

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

E-huquq.az xəbər verir ki, daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Oxşar xəbərlər