"Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb".
E-huquq.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hər biri 500 manatdan yardım ediblər: "Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq".
Mənbə: Report
