Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.
“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimizlə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, – o qeyd edib.
