Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
15:56
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
E-huquq.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
"Lavrov azərbaycanlı həmkarı ilə telefonla beynəlxalq və ikitərəfli gündəliyin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsinin praktik vəzifələrini müzakirə edib", – açıqlamada deyilir.
