Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən və bölgədəki Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, iyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər.
Bildirilib ki, 11 dekabr tarixində Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb.
