Məzmuna keç

Aİ rəsmisi Azərbaycan və Ermənistan XİN rəhbərlərini görüşdürmək istədi

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüşünü təşkil etmək istəyib.

E-huquq.az xəbər verir ki, bunu Josep Borrellin özünü bəyan edib.

“Hər iki nazir (Azərbaycan və Ermənistan) mənimlə danışdıqları üçün üçtərəfli təmas qurmağa çalışdıq – Avropa İttifaqı, Ermənistan və Azərbaycan. Mümkün deyildi, buna görə hər iki nazirlə ayrıca görüşəcəyəm”,deyə o bildirib.

Borrell Rusiyanın köməyi ilə Dağlıq Qarabağda əldə olunan atəşkəs razılaşmasının daha çox insan itkisinin qarşısını aldığını qeyd edərək, buna tam əməl edilməli olduğunu vurğulayıb:

“Ancaq keçən həftə, təəssüf ki, atəşkəsin pozulması ilə bağlı xəbərlər eşitdik. Atəşkəsə tam riayət edilməsi vacib şərt olaraq qalır”.

Mənbə: Report