Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.
E-huquq.az-ın məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir:
"Əziz və doğma Zəngilan və Qubadlı torpaqlarından dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".
