Türkiyənin Azərbaycandakı Səfirliyi “facebook” səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
E-huquq.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”.

