Məzmuna keç

Prezident “Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərdən danışdı –

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə bugünkü səfəri zamanı dağıdılmış kəndlərdən və "Azərişıq" ASC-nin yeni çəkdiyi işıq xəttindən danışıb.

E-huquq.az xəbər verir ki, Cəbrayıl rayonu ərazisindən keçərək Qubadlıya getdikləri zaman yolların kənarında səlikə ilə basdırılmış elektrik dirəkləri və çəkilmiş xəttlər haqqında müsbət fikir bölüşüb:

“Yolun sağ və sol tərəfində qoyulmuş dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddətdə qoyulmuşdur”.

Qeyd edək ki, “Azərişıq” ASC 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 4-də işğaldan azad edilən Cəbrayıl rayonunda olan dövlət əhəmiyyətli obyektlərin daimi və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün dərhal işlərə başlayıb və artıq noyabrın 19-dan etibarən Cəbrayıl rayonu və Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin edilib.