Məzmuna keç

ÜST rəhbəri: indiki pandemiya sonuncu olmayacaq

2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq, buna görə də dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamaq lazımdır.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Tarix bizə deyir ki, indiki pandemiya sonuncu olmayacaq və epidemiyalar həyatın reallığıdır", – o Cenevrədə Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar videomüraciətində qeyd edib.