Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
E-huquq.az xəbər verir ki, qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə dəyişiklik edilib.
Dəyişikliklə Kəlbəcər rayonundakı Kilsə (1898-ci il Suqovuşan kəndi), Ağdam rayonundakı Yegiş Arakel Məbədi (XII əsr Suqovuşan kəndi) və Körpü (Suqovuşan kəndi) memarlıq abidələri Tərtər rayonu ərazisinə daxil edilib.
