Məzmuna keç

Füzuli uğrunda döyüşlərdə şəhid olan DİN-in çavuşu –

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Ələsgərzadə Sənan Muxtar oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, S.Ələsgərzadə 1995-ci ildə Şəki rayonunun Əlyar kəndində doğulub.

O, oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.