“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Belarusda keçirilən “Snayper həddi” müsabiqəsinin açılış mərasimi olub.
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təntənəli mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər iştirak edib.
Sonda Belarus mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təqdim edilib.
