Məzmuna keç

Azərbaycan sülhməramlısı: “Kabil aeroportunda mülki şəxslərin təxliyəsini təmin edirdik”

"Bizim missiyamız türk bölmələri ilə birlikdə Əfqanıstan İslam Respublikasında Kabil Beynəlxalq Hava Limanının mühafizəsini və müdafiəsini təşkil etmək idi".

E-huquq.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı kontingentinin tağım komandiri, gizir Sahil Həşimov deyib.

O bildirib ki, Azərbaycan hərbi qulluqçular hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edib: "Eyni zamanda mülki şəxsləri humanitar yardımla – yeməklə, su ilə təmin edirdik”.

A. Həşimov Azərbaycan Ordusunda qulluq etməsindən qürur duyduğunu qeyd edib.