Elçin Quliyev: "Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər"


  • 1 Dekabr 2021 13:23

“Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

E-huquq.az-ın xəbərinə görə, bu fikirləri DSX rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm”, - o bildirib.

Oxşar xəbərlər