Məzmuna keç

Ankarada 3 yaşlı uşağına zorakılıq edən ana həbs olunub

Türkiyənin paytaxtı Ankarada 3 yaşlı uşağına fiziki zorakılıq göstərən qadın həbs edilib.

E-huquq.az “TRT Haber”ə istinadən hadisə paytaxtın Gölbaşı rayonunda baş verib. Belə ki, qadının küçədə azyaşlı uşağa qarşı fiziki zorakılıq göstərdiyi anlar ətrafdakı şəxslərdən biri tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Gölbaşı Rayon Polis İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Polis əməkdaşlarının apardığı araşdırma zamanı qadının hadisə yerinə avtomobillə gəldiyi müəyyən edilib. Görüntülərdə əks olunan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və qeydiyyat məlumatları əsasında şübhəlinin kimliyi müəyyənləşdirilib. Onun zorakılığa məruz qalan uşağın anası olduğu təsdiqlənib.

Qadın yaşadığı ünvanda saxlanılaraq polis bölməsinə aparılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Zorakılığa məruz qalan azyaşlı uşaq isə mühafizə altına alınıb.

Şəbnəm Mehdizadə