Məzmuna keç

Türkiyədə fermada yanğın: 210 heyvan tələf olub

Türkiyənin Kırklareli vilayətində heyvandarlıq təsərrüfatında baş verən yanğın nəticəsində 210 buzov tələf olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, vilayətin Değirmencik kəndində yerləşən heyvandarlıq təsərrüfatında naməlum səbəbdən yanğın başlayıb. Yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb və yanğın tamamilə söndürülüb.

Lakin yanğın nəticəsində təsərrüfatda olan 210 buzov tələf olub.

Hadisənin başvermə səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Şəbnəm Mehdizadə