Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Vada Cüniçi Ağsu şəhərinə səfər edib.
E-huquq.az xəbər verir ki, səfər çərçivəsində səfir Ağsu Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla birgə "AZGRANATA" MMC şirə və şərab emalı zavodunda olub.
Səfirə şirkətin fəaliyyəti, uğurları, yenilikləri və gələcək hədəfləri haqqında ətraflı məlumat verilib.
Sonda səfir zavodun xatirə xitabında "AZGRANATA" MMC haqqındakı fikirlərini qeyd edib.
