Martın 8-də Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson Azərbaycana səfərə gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Baronessa Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyi ərəfəsində Azərbaycana səfər edib.
