Məzmuna keç

Amnistiya Aktı tətbiq edilənlərin 86 nəfəri Vətən müharibəsi iştirakçısıdır

"Zəfər günü ilə bağlı qəbul edilən amnistiya aktının şamil olunduğu şəxslərin 86-ı Vətən müharibəsi iştirakçısıdır"

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

"Amnistiya aktı ilə 1200 nəfər məhkum pul cərimə cəzasından azad edilib. O bildirib ki, cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manatdır", – M.Ələkbərov bildirib.