Məzmuna keç

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

Milli Məclis (MM) Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.

Spiker Prezident İlham Əliyev və və Birinci vitse-prezident Mehriban Əliyevaya gələcək fəaliyyətlərində uğurlar və onlara cansağlığı arzulayıb.

Deputatlar isə MM sədrinin təbriklərinə alqışlarla qoşulublar.