Məzmuna keç

100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması ilə bağlı “Azəriqaz”a şikayət edib

Ötən il 100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması şikayəti ilə bağlı "Azəriqaz"ın Metrologiya Departamentinə müraciət edib.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyasında Birliyin Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov deyib.

O bildirib ki, vətəndaşların və departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb: "Hər birində qazın sərfiyyatı qaydaları çərçivəsində olub".